Həsən Əliyev: Hakimlər bizi sıxmasaydı, 2 qızıl medalla dönəcəkdik

Şimali Makedoniyanın paytaxtı Skopyedə U-23 Avropa çempionatı başa çatıb. Yarışa 6 yunan-Roma güləşçisi ilə yollanan komandamız, yekunda 1 qızıl və 1 bürünc medal qazanıb. Gənc məşqçisi Həsən Əliyev allsport.az saytına açıqlamasında, millinin çıxışını belə dəyərləndirib:

“Kimdən uğur gözləyirdik, demək olar ki, özünü doğrultdu. Bircə, 67 kq-da çıxış edən Həsrət Cəfərov final güləşməliydi, amma hakimlər ona qarşı ədalətsiz davrandılar. O, 1/4 finalda medala əsas iddialılardan olan gürcüstanlı rəqibini üstələyib yolunu açmışdı. Təəssüf ki, yarımfinalda macarıstanlı ilə görüşdə bizimkini sıxdılar və nəticədə 3:4 udurdu.

Bir məqamı da qeyd etmək istərdim: 2 ildir gənclərimiz heç bir beynəlxalq yarışda iştirak etməyiblər. Bunun obyektiv və subyektiv səbəbləri var. Bəhanə gətirməzdim, amma yarış təcrübəsi ayrıdır. İnanıram ki, postpandemiya dönəmdə nəticəmiz əvvəlki kimi yüksək olacaq”.

Həmin kateqoriyadan