Həsrət finalda, Ülvü bürünc uğrunda güləşəcək

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Allsport.az xəbər verir ki, ikinci yarış günündə 2 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Həsrət Cəfərov debütdə meksikalı rəqibini məğlub edib. Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan Həsrət adını yarımfinala yazdırıb. Türkiyə güləşçisindən də güclü olan həmyerlimiz dünya çempionatının finalına yüksəlib.

Ülvü Qənizadə startda Qırğızıstan güləşçisi üzərində inamlı qələbə qazanıb. 1/8 finalda Hindistan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Yekunda Qənizadə minimalhesablı qələbəyə sevinib. Ülvü 1/4 finalda macar rəqibini çətinliklə də olsa, üstələyərək yarımfinala vəsiqə qazanıb. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə minimal fərqlə məğlub olub və ümidini bürünc medala bağlayıb.

Bu çəkilərdə medal görüşləri noyabrın 3-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

67 kq
1/16 final: Həsrət Cəfərov – Dieqo Martines (Meksika) 3:1
1/8 final: Həsrət Cəfərov – Vasile Dosoftei (Rumıniya) 10:1
1/4 final: Həsrət Cəfərov – Sultan Assetuli (Qazaxıstan) 9:2
1/2 final: Həsrət Cəfərov – Kadir Kamal (Türkiyə) 4:1
Final: Həsrət Cəfərov – Məhəmməd Rezayi (İran)

72 kq
1/16 final: Ülvü Qənizadə – Liqilik Satimkul (Qırğızıstan) 5:0
1/8 final: Ülvü Qənizadə – Vikaş Vikaş (Hindistan) 6:5
1/4 final: Ülvü Qənizadə – Atilla Toesmaqi (Macarıstan) 2:1
1/2 final: Ülvü Qənizadə – Sergey Kutuzov (Rusiya) 2:3
Bürünc medal görüşü: Ülvü Qənizadə – Otar Abuladze (Gürcüstan)/Amir Abdi (İran)/Denis Mertl (Çexiya)

Həmin kateqoriyadan