Hacı Əlicanov Minsk qran-prisini 5-ci tamamladı

Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə 45-ci beynəlxalq qran-pri turniri başa çatıb. Allsport.az xəbər verir ki, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edib. Turnirin ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.

P’hl’vanlar;m;zdan Hacı Əlicanov (86 kq) mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Güləşçimiz ilk görüşdə Türkmənistan təmsilçisini üstələsə də, növbəti görüşdə Rusiya təmsilçisi Avropa və Dünya çempionu Abdulraşid Sadullayevə uduzub.

Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq şansı verib. Ardıcıl olaraq Belaruslu Yevgeniy Aleşkeviçi və Moldova güləşçisi Pyort Yanulovu mübarizədən kənarlaşdıran Hacı Əlicanov bürünc medal şansını qoruyub. Həlledici görüşdə onun rəqibi ABŞ təmsilçisi Riçard Perri olub. Ancaq rəqibinə 4:1 hesabı ilə uduzan Hacı Əlicanov turniri 5-ci sırada tamamlayıb.

61 kq
1/32 final – Ruhlan Məmmədov – Vladimir Kudrin (KAZ)
1/16 final – Ruhlan Məmmədov – Co Makken (USA)
1/8 final – Daulet Niyazbekov (KAZ) – Ruhlan Məmmədov

70 kq
1/32 final – Mirza Abdulbekov (BLR) – Hacımurad Ömərov 0:10
1/16 final – Toğrul Əsgərov – Cyler Sanderson (USA)
1/16 final – Ceyson Uelş (USA) – Hacımurad Ömərov 10:6
1/8 final – Rustam Cafaryan (UKR) – Toğrul Əsgərov 6:7
1/4 final – Toğrul Əsgərov – İldus Giniyatullin (RUS)

86 kq
1/32 final – Məhəmmədhacı Xatiyev – Pyotr Yanulov (MDA)
1/16 final – Hacı Əlicanov – Selimmuhammet Muhadiyev (TKM)
1/8 final – Abdulraşid Sadullayev (RUS) – Hacı Əlicanov
Təsəlliverici görüş – Yevgeniy Aleşkeviç (BLR) – Hacı Əlicanov
Təsəlliverici görüş – Hacı Əlicanov – Pyotr Yanulov (MDA) 3:1
Bürünc medal görüşü – Hacı Əlicanov – Riçard Perri (USA) 1:4

125 kq
1/16 final – Əli Maqomedabirov – Dmitriy Popov (KAZ) 0:6

Xatırladaq ki, turnirin ilk günündə 97 kq çəki dərəcəsində finalda iki güləşçimiz qaşılaşıb. Xetaq Qazyumov və Şərif Şərifovun final görüşü birincinin qələbəsi ilə başa çatıb. İlk günün yekununda yığmamızın hesabında 1 qızıl və 1 gümüş medal var.

Həmin kateqoriyadan