Hacı Əliyev: Dünya çempionu olacağıma inanırdım

«Dünya çempionatına yaxşı hazırlaşmışdım. Təlim-məşqlərdə özümü yaxşı tərəfdən göstərdim. Bunun nəticəsidir ki, sonda qalib adını qazandım». Bunu allsport.az-a açıqlamasında qızıl medal qazanmış Hacı Əliyev (61 kq) dedi.

Gimnastika arenasında təşkil olunmuş planetin ən güclülərinin yarışında finalda iranlı rəqibi Məsud Mahmud İsmayılpurcurbarıya böyük hesabla qalib gələn titullu güləşçi, qarşıdakı hədəfinin Rio olimpiadası olduğunu qeyd etdi:

«İranlı rəqibimlə əvvəl 2 dəfə qarşılaşmışdım. Bir-birimizi yaxşı tanıyırdıq. Bu, bir əvəz tutaşması idi. Özümdə əminlik vardı. İlk hissədə şesab bərabər olsa da, növbəti yarıda məşqçilərin tövsiyyələrindən nəticə çıxarıb, görüşü xeyrimə başa vurmağa nail oldum.

Bundan qabaq ən böyük qələbəm Avropa çempionluğudur. İndi qalır, gələn il Bakıda keçiriləcək Avropa oyunları və Rio-2016-da fəxri kürsüyə çıxmaq. İnanıram ki, bu zirvələri də fəth edəcəyəm».

Kamran HACI, Daşkənd

Həmin kateqoriyadan