YENİLƏNİB
Kapitan gəmini batmağa qoymadı – Cəbrayıl Həsənov finalda!

Macarıstan paytaxtı Budapeştin “Laslo Papp” idman sarayında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə  57, 65, 79 və 92 kq-da çıxış edən sərbəst güləşçilər mücadiləyə qoşuldular. 3-qat dünya çempionumuz Hacı Əliyev yeni çəkisinə hələ uyğunlaşa bilmir. Üstəlik, zədəsi olan titullu bahadır ilk tutaşmada təslim oldu.
Dünən bürünc medal fürsətini saxlayan Əbubəkr Abakarov (74 kq) ilkin təsəlliverici görüşdə özbəkistanlı Bəyzad Əbdürrəhmanova uduzaraq rəqabəti 7-ci sırada bitirdi.

57 kq
1/4 final: Georgi Edişeraşvili – Tomas Gilman (USA) 0:4
1/8 final: Georgi Edişeraşvili* – Sandip Tomar (İND) 2:2
1/16 final: Georgi Edişeraşvili – Kumsonq Kanq (PRK) 11:6

65 kq
1/16 final: Hacı Əliyev – Alexandro Valdes Tobyer (CUB) 0:2

79 kq
FİNAL – Cəbrayıl Həsənov – Kayl Duqlas Deyk (USA)
1/2 final – Cəbrayıl Həsənov – İzzətullah Abbas Əkbərizarinkolayi (İRİ) *3:3
1/4 final: Cəbrayıl Həsənov – Əli Şabanov (BLR) 6:2
1/8 final: Cəbrayıl Həsənov – Ethan Adrian Ramos (PUR) 14:5

92 kq
1/8 final: Şərif Şərifov – Əlirza Məhəmməd Kərimimaçiani (İRİ) 0:7

Kamran HACI, Budapeşt

Həmin kateqoriyadan