Hacı Əliyev: İlin sonunda dünya çempionatında iştirak etməyi planlaşdırıram

İlin sonunda Serbiya paytaxtı Belqradda güləş üzrə dünya çempionatının keçirilməsi nəzərdə tutulur. Allsport.az saytı xəbər verir ki, pandemiyadan doğan karantin səbəbindən yarış təxirə salınmasa, Hacı Əliyev (65 kq) həmin yarışda iştirak etməyi düşünür.

Bunu 3-qat dünya və 3-qat Avropa çempionu gənclər və idman nazirliyinin rəsmi Feysbuk səhifəsində canlı bağlantıda deyib. Onun sözünə görə, karantində tək qazançı fiziki hazırlığı yaxşılaşdırmaq olub:

“Yazdan başlayaraq yarışlar təxirə salındı. Bu üzdən biz gücü fiziki hazırlığa verdik. Dünya Güləş Birliyi hələ müəyyən təqvimi təsdiqləməyib. Əgər ilin sonunda dünya çempionatı baş tutsa, Allah qoysa, orada iştirak edəcəyəm. Sözsüz, hədəfim Azərbaycan idmanı tarixində olimpiya idman növləri üzrə ilk dəfə 4-qat dünya çempionu olmaqdır”.

Həmin kateqoriyadan