Hacı Əliyev: Komandamız dünya çempionatına hazırdır

3-qat dünya çempionu Hacı Əliyev (65 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında hədəfini açıqladı. Allsport.az saytı xəbər verir ki, sərbəst güləşçi əsas məqsədinin Tokio-2020-yə vəsiqə qazanmaq olduğunu dedi:

“Gördüyünüz kimi, axırıncı təlim-məşqlər keçirilir. Bu həftə çalışmalar yekunlaşır. Hədəf uğurlu çıxış etməkdir. Bu dünya çempionatının özəlliyi ondan ibarətdir ki, Tokio oyunlarına lisenziya verir. Düzdür, bunun üçün daha bir neçə yarışlar var. Amma ən yaxşısı, ilk cəhddə olimpiadaya yerini təmin edərək rahat hazırlaşmaqdır.

Dünya çempionatına yüksək səviyyədə hazırlaşmışıq. Göygöldə bir neçə toplanış keçdik. Məmə elə gəlir ki, komandamız yarışa hazırdır və yaxşı nəticə göstərəcək”.

Həmin kateqoriyadan