- Baxış sayı: 76
- 24 İyun 2026 22:19
- Baxış sayı: 65
- İyun 26, 2026
- 0

Varşavada “Poland Open” start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 57, 70, 79, 86 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
70 kq-da iştirakçı sayı az olduğu üçün, görüşlər qrup sistemi ilə keçirilib. Hacı Əliyev “A” qrupunda yer alıb. O, yarımfinala qədər inamla irəliləyib.
1/2 finalda ABŞ-lı Alek Pantaleoya xal əmsalında yenilib (6:6*). Buna rəğmən, 3-cü yer üçün tutaşmada gürcüstanlı Zurabi Yakobişviliyə 2:1 qalib gəlib.