Hacı Əliyev, Rəsul Çunayev və Mariya Stadnik dünya əmsalında birinciliyini qoruyub

Dünya Güləş Birliyi Rio-2016 öncəsi yeni əmsalları açıqlayıb. Allsport.az saytı xəbər verir ki, sərbəst güləşçilərdən Hacı Əliyev, qadınlardan Mariya Stadnik, yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev reytinq siyahısında birinciliklərini qoruyublar.

İlk onluqda yer alan sərbəst güləşçilərdən Xetaq Qazyumov 3-cü, Toğrul Əsgərov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov 5-ci, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Hacımurad Ömərov 8-ci sırada qərarlaşıb.

Qadın güləşçilərin onluğunda Tatyana Omelçenko 6-cı, Nataliya Sinişin 8-ci, Yuliya Ratkeviç 9-cu yerdədir.

Yunan-Roma güləşçilərinin reytinq siyahısında isə onluğa daxil olanlardan Rövşən Bayramov 2-ci, Rafiq Hüseynov 4-cü və Saman Təhmasibi 5-ci sırada qərarlaşıb.

Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay olimpiya oyunlarında güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq. Güləş yığmamız “dördilllik”də 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq.

RəsulMariya Stadnik

Həmin kateqoriyadan