Hacı Əliyev reytinqdə də 1-cidir

Dünya Güləş Birliyi təqvim planı üzrə sentyabrda keçirilmiş dünya çempionatı və Asiya oyunlarının nəticələrinə əsasən, bütün növlərdə reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşçilərinin TOP-10 siyahısında 9 pəhləvanımız yer alıb.

Ən yaxşı göstərici planetin ən güclülərinin yarışında gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-cidir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Mundialı 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) sıralamada 7-ci pillədədir.

Qadın güləşçilərin reytinqdə 4 güləşçimizin adı var. Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) 2-ci sırada qərarlaşıb. Orada bürünc medal qazanan Mariya Stadnik 4-cü sıradadır.

Sərbəst güləşçilərimizdən 11 nəfəri UWW-un son siyahısında daxil olublar. Ən yüksək göstərici dünya çempionu Hacı Əliyevə (61 kq) aiddir. O, Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olmaqla, reytinqdə də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) reytinqdə 2-cidir.

Həmin kateqoriyadan