Hakimlərimizə beynəlxalq təyinat

Tbilisidə qadın voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyunları təşkil olunacaq. Allsport.az xəbər verir ki, “B” qrupunda ev sahibləri, Portuqaliya, Ukrayna və İsveçin mübarizə aparacağı görüşlərə Azərbaycan voleybol federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman təyinat alıb.

O, mayın 14-16-da keçiriləcək matçlarda supervayzer funksiyasını yerinə yetirəcək.

“B” qrupunun oyunlarında həmçinin beynəlxalq dərəcəli hakimlərimiz Eldar Əliyevlə Eldar Zülfüqarov da iş başında olacaqlar. Onlar CEV-in Tiflisə təyinat verdiyi 4 referidən ikisidir.

Həmin kateqoriyadan