Hakimlərin 3-cü vebinarı

Güləş federasiyasının pandemiya dövründə referilər üçün onlayn seminarları davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün keçirilən sayca 3-cü vebinar güləşçilər və məşqçilər üçün də açıq olub.

Öncə hakimlər kollegiyasının sədri Qərib Əliyev dünya güləş birliyinin (UWW) hakimlər üçün təşkil etdiyi son seminarlardakı mövzulara toxunub, eləcə də hücum və əks-hücum şəraitində epizodların qiymətləndirilməsi haqqında danışıb.

Sonra isə mövzuya uyğun olaraq, müxtəlif qarşılaşmalardan mübahisəli epizodlar beynəlxalq və milli dərəcəli hakimlərimizlə qarşılıqlı müzakirə olunub, verilən xallar dəyərləndirilib.

Ədalət təmsilçilərinin onlayn seminarı həftədə bir dəfə keçirilir.

Həmin kateqoriyadan