Hakimlərin seminarı keçirildi

2019-2020–ci illər ərzində ölkəmizdə keçiriləcək voleybol yarışları və turnirlərində iştirak edəcək hakimlərin seminarı keçirilib.

Allsport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimlər Eldar Zülfüqarov və Zaur Hacıyev seminar iştirakçılarına yeni qaydalar haqqında məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar. Seminarın sonunda hakimlər onlar üçün hazırlanmış test imtahanında iştirak edib. Testin nəticələrinə görə hakimlər komissiyası hakimlərin təyinatını həyata keçirir.

Azərbaycan voleybol federasiyası hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün bu kimi seminarlar təşkil edir. Voleybol Mərkəzində keçirilən bu seminarda 57 hakim iştirak edib.

Həmin kateqoriyadan