Hansı voleybol məşqçilərimiz FİVB “1-ci dərəcəli” sertifikat əldə edəcək?

21-25 oktyabrda paytaxtımızda voleybol məşqçilərinin seminarı keçiriləcəkdir.

Allsport.az saytı xəbər verir ki, toplantıda iştirak edəcək şəxslər sonda FİVB “1-ci dərəcəli” məşqçi sertifikat əldə edəcəklər. Yığıncaq Milli Olimpiya Komitəsi və Voleybol federasiyasının birgə əməkdaşlığı ilə keçirilir.

AVF seminarın keçirilməsi üçün texniki tərəfdən köməklik edir. Tədbir FİVB tərəfindən göndərilən türkiyəli mütəxəssis Nijat Sancaq tərəfindən keçiriləcək. Seminarda 30-a yaxın çalışdırıcının iştirak edəcəyi gözlənilir.

Həmin kateqoriyadan