“Hazırlığımız yüksək səviyyədə davam edir”

“Hazırlığımız yüksək səviyyədə davam edir”

Qadın voleybol millisinin qarşıdakı məsul sınaqlara hazırlığı davam edir. Allsport.az saytı xəbər verir ki, komandanın hücumçusu Odina Əliyeva durumu belə dəyərləndirib:

“İslamiadaya və Avropa çempionatının təsnifatına hazırlığımız yüksək səviyyədə davam edir. İyulun 1-dən etibarən mən də millimizin məşqlərinə qoşulmuşam. Məşqlərə başladığım gündən etibarən çalışıram ki, tam formamı yığım. Komandamızda yüksək əhval-ruhiyyə var.

Hazırda Sloveniyada təlim-məşqlərimiz davam edir və burada yerli yığma komanda ilə bir neçə yoxlama matçı da keçirəcəyik. Bu ayın sonunadək Mariborda hazırlığımız davam edəcək. Ardınca Bakıya qayıdacaq və avqustun 5-də Türkiyəyə yola düşəcəyik.

İnanıram ki, İslam həmrəyliyi oyunlarında və Avropa çempionatının təsnifat mərhələsində uğurlu çıxış edəcək və qarşımıza qoyulan məqsədlərə çatacağıq”.

Həmin kateqoriyadan