- Baxış sayı: 25
- 15 İyun 2025 21:38
- Baxış sayı: 122
- İyun 15, 2025
- 0
Kişi voleybolçulardan ibarət milli komandanın baş məşqçisi Fərid Cəlalov açıqlama verib.
Allsport.az xəbər verir ki, o, hazırlıq prosesi ilə bağlı fikrini bölüşüb:
“Avropa gümüş liqasına hazırlıqlarımız davam edir. Oyunlarımızın başlamasına az vaxt qalıb. İlk oyunlarımız İsveç və Gürcüstan milliləri ilə səfərdə olacaq. Rəqiblərimizi analiz etmişik. Düşünürəm ki, istədiyimiz oyunu göstərə bilsək qalib gələ bilərik. Əlbəttə, rəqiblərimiz arasında daha təcrübəli komandalar da var. Bu il heyətimizə təcrübəli oyunçularla yanaşı, gənclərimizi də cəlb etmişik. Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk”.