“Heydər Əliyev kuboku” başa çatıb

Bu gün Bakı voleybol mərkəzində ümummili liderin anadan olmasının 100 illiyi münasibətilə yarışın son matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, qadınların finalında “Azərreyl”i məğlub edən “Abşeron”, kişilərin mübarizəsində isə “Xarı bülbül”ü üstələyən “Murov” kubokun qalibi olublar.

Oyunlardan sonra mükafatlandırma və kubokun bağlanış mərasimi keçirilib. Tədbirdə AVF-in prezidenti Şahin Bağırov, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, AVF-nin vitse-prezidentlər Faiq QarayevBəhruz Quliyev, baş katib Faiq Orucov iştirak ediblər.

Həmin kateqoriyadan