Hicran Şərifovun 50 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçiriləcək

Ölkəmizin güləş üzrə ən yüksək – “S” dərəcəli hakimi Hicran Şərifov Pekin-2008 və London-2012 Yay olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında Azərbaycanı yüksək səviyyədə təmsil edib. Allsport.az saytı xəbər verir ki, o, yaxşı işinə görə adı son çəkilən olimpiadada “Qızıl fit” mükafatına layiq görülüb.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Hicran Şərifov 2010-cu ildə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adını alıb.

Hicran Şərifovun Azərbaycan idmanında xidmətlərini nəzərə alaraq, 26 noyabr tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi onun 50 illik yubileyinə həsr olunmuş “Zəhmətlə zəfərə doğru” kitabının təqdimat mərasimi keçirəcəkdir.

Həmin kateqoriyadan