İdarə heyətinin iclası olub

Azərbaycan idman jurnalistləri federasiyası idarə heyətinin vebinarı keçirilib. Allsport.az saytı xəbər verir ki, iclasda 2-ci Vətən müharibəsində qazanılan zəfərin tariximizin ən şanlı səhifələrindən biri olduğu vurğulanıb və qələbəmizə görə borclu olduğumuz şəhidlərimiz anılıb.

AİJF prezidenti Qabil Mehdiyev KİVDF-nin icraçı direktoru Əhməd İsmayılovla görüş barədə məlumat verib. Bu 2 qurum arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Qərara alınıb ki, idman mediasına dəstəklə bağlı təkliflər paketi hazırlanıb KİVDF-yə təqdim edilsin və bununla bağlı qurumlar arasında birgə müzakirələr davam etdirilsin.

İclasda həmçinin, Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri ilə görüşlərin keçirilməsi,  idman jurnalistlərinin Şuşaya səfərini təşkil etmək və Azərbaycanın mədəniyyət mərkəzində idman mediası üçün treninq keçirmək məsələləri müzakirə olunub.

Sonra, iclasın gündəliyinə əsasən, yeni müraciətlərə baxılıb və səsvermə ilə AİJF-yə 5 yeni üzv qəbul olunub.

Həmin kateqoriyadan