- Baxış sayı: 39
- 29 Noyabr 2024 23:02
- Baxış sayı: 41
- Dekabr 01, 2024
- 0
Türkiyədə çimərlik güləşi üzrə mövsümə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçirilən dünya sıralamasının finalında 90 kq-da İbrahim Yusubov (şəkildə solda) gümüş medal qazanıb. 70 kq-da Ramiz Həsənov (şəkildə sağda) ilə Oyan Nəzəriani (+90 kq) 4-cü yeri tutub.
5 mərhələsinin yekununa əsasən, 90 kq-da hamıdan çox xal toplayan adı ilk çəkilən idmançımız titulunu qoruyub və ardıcıl 2-ci dəfə dünya çempionu olub!
Öncəki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Nəzəriani (+90 kq) medal kolleksiyasını tamamlayıb və bu dəfə bürünc medala sahib çıxıb. Ramiz Həsənov (70 kq) isə yekunda 4-cü yeri tutub.
Çimərlik güləşi üzrə millinin baş məşqçisi kimi də fəaliyyət göstərən Oyan Nəzəriani bu yarışda idmançı karyerasını başa vurub.