İdman akademiyası sağlam və təhlükəsiz əmək şəraiti üzrə ən yaxşı müəssisə seçilib

Azərbaycan həmkarlar ittifaqları konfederasiyasında 2020-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” adı uğrunda elan edilmiş müsabiqəyə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, mədəniyyət işçiləri müstəqil həmkarlar ittifaqı respublika komitəsinin nəzdində olan bütün təşkilatlar təftiş edilib.

Kollektiv müqavilədə əməyin mühafizəsi və əmək şəraiti, işəgötürənin vəzifələrini yerinə yetirməsi, əməyin yaxşılaşdırılması və təhlükəsizliyinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, ictimai müvəkkillərin və səlahiyyətli nümayəndələrin apardığı yoxlamalar, əməyin mühafizə xidməti, işçilərin həyatına və sağlamlığına təhlükə törədən işlərin, aradan qaldırılması üçün müəssisənin gördüyü işlər, işçilərin normalara müvafiq sanitar-məişət xidmətləri ilə təmin olunması, covid-19 pandemiyası ilə əlaqədar görülmüş tədbirləri yüksək səviyyədə təşkil edən Azərbaycan dövlət bədən iərbiyəsi və idman akademiyası müsabiqənin qalibi elan olunub.

Həmin kateqoriyadan