İdman akademiyasında Novruz festivalı

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında “ASAPES-in Novruz festivalı” keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir təhsil sahəsində fərqlənən və semestri yüksək göstəricilər ilə tamamlayan bir qrup tələbənin valideynlərinə təhsil müəssisəsinin rektoru Fuad Hacıyev tərəfindən təşəkkürnamələrin təqdim edilməsi ilə başlayıb.

Sonra bədii hissə ilə davam edən mərasimdə tələbələr üçün müxtəlif yarışma və oyunlar təşkil edilib. Tədbirin maraqlı anlarından biri isə akademiyanın ulduz səfirinin təqdimatı olub. Tanınmış ifaçı Rəvan Qaçayev konsert proqramı ilə çıxış edib.

Sonda əyləncəli oyunlar təşkil olunub və bayram tonqalı yandırılıb.

Həmin kateqoriyadan