“İdman həftəsi”nə çağırış

Fevralın 24-də gənclər və idman naziri Fərid Qayıbov, ay ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, dövlət rəsmisi iştirakçıları qarşıdakı “İdman həftəsi”ndə fəal olmağa çağırıb.

Tədbirdə güllə atıcılığı, güləş, bədii gimnastika, batut gimnastikası, stolüstü tennis, taekvondo və boks yarışlarında medal qazananlar çıxış edərək, qələbələrindən danışıblar. Görüşdə, həmin idman növləri üzrə seçmələrin məşqçiləri hazırlıq və qarşıdakı hədəflər barədə məlumat veriblər.

Həmin kateqoriyadan