“İdman həftəsi”nə Heydər Əliyev mərkəzinin önündə yekun vuruldu

5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunan “İdman həftəsi”nə bu gün yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev mərkəzinin önündə müxtəlif idman növlərində nümunəvi çıxışlar və federasiyaların idman sərgisi keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və milli olimpiya komitəsinin baş katibi Azər Əliyev də iştirak ediblər. İdmançılarla görüşən nazir, onları təbrik edib və uğurlar arzulayıb.

Həmin kateqoriyadan