“İdman həftəsi”ndə mətbuat katibləri üçün məşğələ

5 mart – Bədən tərbiyəsi və idman günü münasibətilə, “İdman həftəsi” çərçivəsində idman federasiyalarının mətbuat katibləri üçün məşğələ davam edir.

Allsport.az saytı xəbər verir ki, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında dünəndən start götürmüş treninqdə gənclər və idman nazirliyi, milli olimpiya komitəsi, gimnastika, güləş, cüdo, futbol, voleybol, badminton, qılıncoynatma, velosiped idmanı, avarçəkmə, boks, üzgüçülük, taekvondo, reqbi, triatlon, boççia idmanı və kikboksinq federasiyalarının məbuat xidmətlərinin rəhbərləri və əməkdaşları, eləcə də bəzi qurumların marketinq mütəxəssisləri iştirak edirlər.

Treninqə sabah yekun vurulacaq.

Həmin kateqoriyadan