“İdman jurnalistikası” magistr proqramının məzunlarına diplomlar təqdim edilib

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında “Youth lab” layihəsinin və “İdman jurnalistikası” magistr proqramının məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, “YouthLab” tələbələrin ictimai iştirakçılığı və sosial fəallığını təmin etməklə, asudə vaxtını səmərəli təşkil edəcək mərkəz rolunu oynayacaq və tələbələrin layihə və təşəbbüslərinin reallaşdırılmasına imkan verəcək.

Tədbirin 2-ci hissəsində akademiyada ingilis dilində tədris olunan “İdman jurnalistikası” magistr proqramının məzunlarına diplomlar təqdim edilib. AzDBTİA “Liverpool Con Mures” universiteti ilə əməkdaşlığı çərçivəsində, ingilis dilində tədris olunan “İdman jurnalistikası” magistr proqramının sertifikatlaşdırılmış modulunun tədrisi həyata keçirilib.

Həmin kateqoriyadan