İdman yarışlarında ənənəyə çevrilən Azərbaycan – Türkiyə qardaşlığı!

Bildiyiniz kimi, Xorvatiyada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə millimiz uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan komandamız çempion olub.

Qitə birinciliyində 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən Türkiyə millisi isə 3-cü yeri tutub.

Komandaların təltifetmə mərasimindən sonra hər iki komandanın nümayəndə heyəti “Zaqreb arena”da 2 ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib və növbəti dəfə dost və qardaşlıq mesajı verib.

Həmin kateqoriyadan