İdmançılarla “Narkomaniya ümumbəşəri bəladır” adlı görüş

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün dövlət proqramı” çərçivəsində “Təhsil” respublika idman mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində idmançılarla “Narkomaniya ümumbəşəri bəladır!” şüarı ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə məktəbin direktoru Əjdər Cəfərov, dərs hissə müdiri, həkimi, məşqçi-müəllim kollektivi, Yasamal rayon polis idarəsinin rəisi Cəmil Əmirov, Yasamal rayon icra hakimiyyətinin müavini Təravət Muradova, Yasamal rayon prokurorunun köməkçisi Ayaz Həbibbəyli, Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov, Bakı şəhər narkoloji dispanserin həkim-narkoloqu Fazil Sadıqov və məktəbin 150 nəfərdən çox idmançısı iştirak edib.

Keçirilmiş tədbirlərdə yeniyetmə idmançılara narkomaniyanın törətdiyi fəsadlar, yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumatlar verilib, yeniyetmə və gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı təbliğatın, maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Həmin kateqoriyadan