“İdmanın maraqlı tərəfi də budur ki, həmişə qalib olmursan”

Azərbaycanlı güləşçi Rafiq Hüseynov Avropa çempionatında uğursuz çıxışı ilə bağlı paylaşım edib. Allsport.az xəbər verir ki, 3-qat Avropa çempionu zədənin ona mane olduğunu bildirib:

“Təəssüf ki, Avropa çempionatında çıxışım uğurlu alınmadı. İdmanın maraqlı tərəfi də budur ki, həmişə qalib olmursan. Məhz qələbənin də ləzzəti bundadır. Təbii ki, hər məğlubiyyətin bir səbəbi vardır.

Məlum olduğu kimi son məşqdə aldığım zədə məni 4-cü Avropa qızılından məhrum etdi. Üzərimdə zəhməti olan, yığma komandanın bütün məşqçilərinə, tibb personalına, mənə azarkeşlik edən hər birinə öz təşəkkürümü bildirmək istəyirəm”.

Həmin kateqoriyadan