“İl’Azero” və “İlin qalibləri-2021”

İdman araşdırmalar mərkəzinin “İlin qalibləri-2021” layihəsinin mükafatçıları müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, qaliblərin adları Bakı olimpiya stadionunda tədbirdə açıqlanıb.

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov “İlin idman xadimi” seçilib. “Qarabağ” klubunun hücumçusu Abdullah Zubir “İlin əcnəbi futbolçusu”, “Neftçi”nin heyətində çıxış edən Emin Mahmudov “İlin futbolçusu” nominasiyalarında fərqləniblər. Titullu karateçimiz İrina Zaretska “İlin idmançısı” olub.

“Qarabağ” klubu “İlin komandası”, Qurban Qurbanov isə “İlin baş məşqçisi” seçilib. “İlin idman yarışı” nominasiyasında Avro-2020-nin Bakıda keçirilmiş 4 oyunu respondentlərin daha çoxunun səsini toplayıb.

AMPK-in prezidenti İlqar Rəhimov, MOK-un vitse-prezidenti Xəzər İsayev, BŞGİBİ-nin rəisi Raqif Abbasov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, “Qarabağ” klubunun prezidenti Tahir Gözəl, mətbuat şurası idarə heyətinin üzvü Rəşad Məcid, “Report” informasiya agentliyinin baş redaktoru Murad Əliyev, Milli məclisin deputatları Nigar Arpadarai, Müşfiq Cəfərov və digər çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, cari ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib və qalibləri təbrik ediblər.

“İlin qalibləri-2021” layihəsinin baş sponsoru “Azfar Group”, himayədarı milli idman geyimi brendi “İl’Azero”, informasiya dəstəkçisi report.az, təşkilati dəstəkçisi Bakı olimpiya stadionudur.

Həmin kateqoriyadan