“İl’Azero”lu həmkarımız Aprel savaşı qəhrəmanları barədə veriliş hazırlayıb

AzTV-də hərbi vərənpərvərlik mövzusunda yayımlanan “Döyüşçü”nün aparıcısı Vasif Acalov 2016-ci Aprel savaşında iştirak edən 2 qəhrəmanımızdan süjet hazırlayıb.

Allsport.az saytının məlumatına görə, mayor Mirdamət Bağıyev (şəkildə solda) Talış yüksəkliyi uğrunda döyüşdə şəxsən Spike LR TƏİR-lə düşmənin 7 tank, 1 PDM, 4 təkərli texnikasını məhv edib.

Gizir Əli Eynullayev (şəkildə sağda) Tərtər rayonunun adı çəkilən kəndinin geri qaytarılması yolunda hərəkət etməkdən çəkinən tankın önünə keçir, döyüşə-döyüşə onu arxasınca erməni istehkamı istiqamətinə aparır və yekunda postu alır.

Xatırladaq ki, verilişin dəstəkçilərindən biri “İl’Azero” milli idman brendidir. Geyim şirkətinin sahibi tanınmış voleybol meneceri İlqar İmamquliyevdir.

Həmin kateqoriyadan