İlhamə Əliyeva: Cavab oyununda “Abşeron”a nəyə qadir olduğumuzu göstərəcəyik

Dünən qadın voleybolçuların yüksək liqasının 5-ci turunun mərkəzi görüşündə “Abşeron” və “Azərreyl” klubları üzə gəlib. Oyunun gərgin keçəcəyi gözlənilsə də, ölkə çempionu titullu rəqibə asanlıqla üstələyib – 3:0 (25:21, 26:24, 25:17). Flaqmanın 24 yaşlı hücumçusu İlhamə Əliyeva məğlubiyyəti allsport.az saytına belə izah edib:

“Çox təəssüf ki, uduzduq. Voleybol – komanda oyunudur. Bir neçə heyət üzvünün oyunu alınmayanda, ümumi ahəngə təsir edir. Bu, bizdə ruh düşkünlüyü yaratdi. Yenilgi böyük dərs olar. Artıq bu gündən öz səhvlərimizin üzərində işləməyəçalışmağa başlamışıq. Ayın 16-sında “Abşeron”la cavab oyunumuz var. Biz o oyunda nəyə qadir oldugumuzu göstərməyə çalışmacağıq”.

Həmin kateqoriyadan