İlham Əliyev adına olimpiya idman kompleksində Naxçıvan voleybol ictimaiyyəti ilə görüş

Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Naxçıvan ictimaiyyəti ilə görüşüb.

İlham Əliyev adına olimpiya idman kompleksində baş tutan görüşdə muxtar respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən Məcid Seyidov, Naxçıvan voleybol federasiyasının prezidenti Vüqar Əliyev, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma, AVF-nin digər nümayəndələri, eləcə də muxtar respublikanın bütün şəhər və rayonlarından olan məşqçi, hakim və idmançılar iştirak ediblər.

Həmin kateqoriyadan