İlham Əliyev: Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində

Bu gün Azərbaycan prezidenti İlham Əliyev, Gəncə idman sarayında tikinti işlərinin gedişi ilə tanış olub. Allsport.az saytı xəbər verir ki, ikimərtəbəli qurğuda böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasını təmin edən əsas məsələlərdən biri, ölkə başçısının infrastruktur layihələrinin tikintisinin gedişi ilə yerində tanış olmasıdır. O, gedişatla bağlı bunu deyib:

Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhərində bir çox idman sarayları var, – ancaq bütün əsas idman növlərinin bir yerdə cəmləşməsi Bakıda yoxdur. Burada isə həm döyüş idman növləri, güləş, boks, həm məktəblər – güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal – basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel.

Yəni, bir daha demək istəyirəm ki, bu, ölkəmizin ən böyük idman sarayıdır. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir. Onu da bildirməliyəm ki, hələ mən prezident olmadığım dövrdə, Milli olimpiya komitəsinin prezidenti kimi Gəncədə olimpiya mərkəzinin yaradılması ilə bağlı təşəbbüslə çıxış etmişdim və o idman qurğusu o vaxt inşa olunub.

Ancaq illər keçdikcə, əlbəttə ki, bu idman obyekti həm fiziki, həm mənəvi cəhətdən köhnəlib və orada normal məşq etmək üçün şərait o qədər də uyğun deyildi. Amma bu idman sarayı əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq. Çünki mən hesab edirəm və haqlıyam ki, hər bir insan idmanla məşğul olmalıdır. Yəni, bu obyektlərin açılması və təməlinin qoyulması, əlbəttə ki, şəhərə olan qayğının təzahürüdür”.

Həmin kateqoriyadan