İlham Zəkiyev Əbu-Dabidə

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gənc cüdoçuların dünya birinciliyi keçirilib. Allsport.az saytının məlumatına görə, Azərbaycan millisi bu yarışda 2 bürün medal qazanıb. “Neftçi İdman Klubu”nun paralimpiyaçı cüdoçusu, ikiqat paralimpiya çempionu, 2-qat dünya və 5-qat Avropa çempionu İlham Zəkiyev sözü gedən mübarizədə paralimpiya cüdosunun təqdimatı münasibətilə İJF tərəfindən Əbu-Dabiyə dəvət olunmuşdu.

O və digər təmsilçisimiz, Azərbaycanın paralimpiyaçı cüdoçularından ibarət milli komandanın üzvü Kənan Abdulxanlı ilə birlikdə nümunəvi çıxışlar ediblər. Yarışın keçirildiyi idman sarayında respublikamızın fəxri, dünya paracüdosunun ulduz idmançısı İlham Zəkiyevin erməni snayperi tərəfindən vurularaq görmə qabiliyyətini itirməsi elan olunub. Sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib.

Həmin kateqoriyadan