İlin ilk sınağında

10-14 yanvarda Xorvatiya paytaxtında açıq Zaqreb turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Dünya güləş birliyinin reytinq sıralamasında bizdən hər 3 tağım iştirak edəcək. Artıq heyəti məlumdur.

“Sərbəstlər”də ölkəmizi İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi – 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Haciyev (74 kq), Arsen Cioyev, Osman Nurməhəmmədov (86 kq), Giorgi Meşvildişvili və Vaxit Qalayev (125 kq) təmsil edəcəklər.

Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Xasay Həsənli, Sənan Süleymanov (hər ikisi – 77 kq), İslam Abbasov, Rafiq Hüseynov (87 kiloqram), Murat Lokyayev, Murad Əhmədiyev (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (130 kq) xallarını artırmağa çalışacaqlar.

Qadınların rəqabətində Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Monolova (68 kq) mübarizə aparacaqlar.

Görüşləri idarə edənlər arasında bizdən 1-ci dərəcəli beynəlxalq hakim Kamran Əliyev yer alacaq.

Həmin kateqoriyadan