İlk dəfə paytaxtından kənarda

Bu gün Azərbaycan voleybol federasiyası (AVF) ilk dəfə paytaxtdan kənarda “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”ni təşkil edib. Allsport.az saytı xəbər verir ki, Hacıqabulda prosesə yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Şahin Çatma rəhbərlik edir.
Sentyabrın 15-dək davam edəcək düşərgədə Hacıqabuldan və Şirvandan seçilmiş 20 nəfər (2007, 2008, 2009 və 2010-cu il təvəllüdlü) voleybolçu qız iştirak edir.

İlk gün iştirakçılar və onların valideynləri ilə görüş keçirilib. Bildirilib ki, 4 günlük düşərgədə hər yaş qrupu üçün Şirvan olimpiya idman kompleksində məşqlər təşkil olunacaq. Burada uşaqlara voleybolun incəlikləri öyrədiləcək və onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçiriləcək.

Düşərgədə Şahin Çatmaya Sumqayıt, Qax, Şirvan, Tovuz, Saatlı, Gəncə şəhərlərinin məşqçiləri də kömək edirlər. Bu məşqçilər düşərgə zamanı həm də yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbərindən voleybolun incəliklərini öyrənəcəklər.

Həmin kateqoriyadan