İlk görüşdə uduzdular

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Azərbaycanın 2 qadın güləşçisi mübarizəyə başlayıb.

Allsport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova 1/16 finalda Belarus təmsilçisi Natalya Varakinaya, 65 kq-dakı Elis Manolova isə fransalı Kumba Larroka ilə qarşılaşıb. Hər iki görüş rəqiblərin qələbəsi ilə yekunlaşıb. Varakina və Larroka finala çıxacaqları təqdirdə, Nəsirova ilə Manolova təsəlliverici görüşə qatılacaqlar.

Digər qadın güləşçi Alyona Kolesnik (59 kq) oktyabrın 6-da yarışa qoşulacaq.

Bu gün həmçinin sərbəst güləşçisi Turan Bayramov (70 kq) bürünc medal uğrunda qarşılaşmaya qatılacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.

Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan