İlk medalı hun diyarında qazandı

İlk medalı hun diyarında qazandı

Budapeştdə keçirilən güləş üzrə reytinq turniri davam edir. Allsport.az xəbər verir ki, yarışın 3-üncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizə aparıb.

Qadın güləşində 65 kq-da Birgül Soltanova əvvəlcə rumıniyalı Mariya Pantirunu 13:5 hesabı ilə məğlub edib. O, 1/4 finalda amerikalı Riis Larramendiyə 4:6 hesabı ilə uduzsa da, bürünc medal uğrunda görüşdə kanadalı Miki Roubottomu “tuş”la məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bu, onun karyerasında reytinq turnirlərində qazandığı ilk medal olub.

68 kq-da Nigar Mirzəzadə türkiyəli dünya mükafatçısı və 2-qat Avropa çempionu Nəzrin Başa 0:10 hesabı ilə uduzub.

Yunan-Roma güləşində 67 kq-da debüt edən Məhəmməd Şükürzadə isə 1/8 finalda xorvatiyalı Dominik Etlingerə 0:9 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan