DÇ-2014
İlk olaraq Yaponiya millisi ilə qarşılaşacaq

Voleybolçu qadınlardan ibarət milli komandamız uzun müddətli hazırlıqlardan sonra, sabah dünya çempionatında ilk görüşünü keçirəcək. Allsport.az saytı xəbər verir ki, som təlim-məşqlərini başa vuran yığmamız 3-cü dəfə planetin ən güclülərinin yarışının iştirakçısı olur.

“D” qrupunda mübarizə aparan komandamız ilk olaraq Yaponiya millisi ilə qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Millimiz Yaponiya, Çin, Porte Rika, Belçika, Kuba komandaları ilə bir qrupda mübarizə aparacaq. Qrup mərhələsində birinci 4 komanda növbəti mərhələyə yüksələcəkdir. Qızlarımız Italyanın Bari şəhərində oynayacaqlar.

 

23.09.2014. 20:00. Yaponiya – Azərbaycan

24.09.2014. 13:30. Çin – Azərbaycan

25.09.2014. 13:30. Porte Rika – Azərbaycan

27. 09. 2014. 13:30. Azərbaycan – Belçika

28.09.2014. 13:30. Azərbaycan – Kuba

Həmin kateqoriyadan