“İnanıram ki, qarşıdakı 2 ayda yaxşı forma yığacağıq”

Qadın voleybol millisi İslam oyunlarına hazırlaşır. Allsport.az saytı xəbər verir ki, komandamızın liberosu Yuliya Kərimova hazırlıqla bağlı bunu deyib:

“Komandamızın düşərgəsində yüksək əhval-ruhiyyə var. Tezliklə yığmamızın digər üzvləri də bizimlə birgə məşqlərə qoşulacaqlar. Hazırlıq planına əsasən bir neçə yoxlama oyunu da keçirəcəyik.

Yoldaşlıq matçlarında gücümüzü və ən əsası səhvlərimizi görmək çox vacibdir. İnanıram ki, qarşıdakı 2 ay ərzində yaxşı forma toplayacaq və yarışlarda uğurla çıxış edəcəyik”.

Həmin kateqoriyadan