“İnanıram ki, qarşımızda qoyulan məqsədlərə çatacağıq”

Qadın voleybol millisi İslam oyunlarına və Avropa çempionatının təsnifatına hazırlığın Mingəçevirdə davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandanın blokçusu Ayşən Abduləzimova duruma belə aydınlıq gətirib:

““Vaşaş”ın heyətində Macarıstandakı yarışlar başa çatdıqdan sonra Bakıya qayıtmışam. Amma zədələrim olduğuna görə məşqlərə qatıla bilmədim. Bir ay müalicə aldım. Artıq müalicəm başa çatıb və Mingəçevirdə təşkil olunan təlim-məşq toplanışında fərdi məşqlərə başlamışam.

Komandamızda yüksək əhval-ruhiyyə var. Artıq hücumçumuz Odina Əliyeva da bizimlə birgə məşqlərə qoşulub. Bir neçə voleybolçumuz da yaxın günlərdə düşərgədə olacaqlar. İnanıram ki, Avropa çempionatının təsnifatı və İslam həmrəyliyi oyunlarında uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq”.

Həmin kateqoriyadan