- Baxış sayı: 62
- 13 Noyabr 2026 15:42
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

“Medal qazandığım üçün çox xoşbəxtəm. Dünən axşam narahat idim. Çünki qızıl medalı qazana bilmədim. İndi başa düşürəm ki, olimpiya medalı nə deməkdir”.
Allsport.az saytı xəbər verir ki, bunu Tokio-2020-də bürünc medal qazanan qadın güləşçimiz Mariya Stadnik (50 kq) deyib. O, mükafatlandırmadam sonra sevincini hisslərini həmkarlarımıza bölüşüb:
“Bir çox idmançı mənim yerimdə olmaq istəyərdi. Bu medalı qazandığım və belə idman karyerasına sahib olduğum üçün Allahıma şükür edirəm. Çox xoşbəxtəm ki, bu gün 3-cü yeri tutdum. Çox emosiyalıyam, nə deyəcəyimi bilmirəm”.