- Baxış sayı: 31
- 17 İyun 2025 18:16
- Baxış sayı: 83
- İyun 17, 2025
- 0
İranın Behşehr şəhərində sərbəst güləş üzrə “Necad Haşimi kuboku”na start verilib.
Allsport.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib.
7 ölkənin idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə Azərbaycanın U-20 komandasının iki üzvü fəxri kürsüyə qalxıb.
Ömər Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.
Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənib.
Bu gün 61, 70, 79, 92 və 125 kq-da medalçılar məlum olacaq.