İranlı mütəxəssis millimizdə

Voleybol üzrə yeniyetmə və gənc oğlanlardan ibarət Azərbaycan millilərinə yeni rəhbər təyin olunub.

Allsport.az xəbər verir ki, qurumun idarə heyətinin geniş iclası keçirilib. Tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, idarə heyətinin üzvləri, klub rəhbərləri, məşqçilər, həkimlər, hakimlər və federasiyanın digər əməkdaşları iştirak ediblər.

Yeniyetmə və gənc oğlanlardan ibarət yığmalara Cahangir Seyid Abbasi rəhbər təyin olunub. İranlı mütəxəssis gənclərin seçimi və yarışlara hazırlıqla bağlı proqramı təqdim edib.

Həmçinin Fərid Cəlalovun kişilərdən ibarət millinin baş məşqçisi təyin olunması rəsmiləşib. Mütəxəssis yığmamızın may-iyun aylarında keçiriləcək qızıl Avropa liqasına hazırlıq planını təqdim edib.

İclasda Qarayev və Quliyev yeni təyinatlar, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər. İştirakçılar digər məsələlərlə bağlı müzakirələr aparıblar.

Həmin kateqoriyadan