İslam Abbasov: Çalışacağıq ki, Vətənə medalla qayıdaq

Yunan-Roma güləşi üzrə yığmamızın gənc və böyük perspektiv vəd edənlərdən biri İslam Abbasovdur. Allsport.az saytı xəbər verir ki, gənclər arasında dünya və Avropa çempionunun bu dəfə hədəfi daha böyükdür:

“Macarıstanın paytaxtı Budapeştdə bizi çox ciddi yarış gözləyir. Dünya çempionatına yaxşı hazırlaşmışıq. Bir az yorğunluq var. Ancaq yarış ərəfəsində istirahət edib, gücümüzü bərpa etmək imkanı əldə edəcəyik. Sparrinq rəqiblərimə təşəkkür edirəm.

Onlarla birgə məşq etmək mənə çox kömək edir. Federasiya rəhbərliyinə də diqqət və qayğıya görə minnətdarıq. Çalışacağıq ki, Vətənə medalla qayıdaq. Bu çəkidə 10-a yaxın favorit var. Güclü rəqiblərlə qarşılaşacağam. Ona görə də dünya çempionatına çox yaxşı hazırlaşmaq lazımdır. İnşallah, əziyyətimiz yerdə qalmaz”.

Həmin kateqoriyadan