İslam Abbasov: “3-cü yer də pis deyil”

Romada keçirilən Avropa çempionatında İslam Abbasov (87 kq) yarışı 3-cü yerdə başa vurdu. Mükafatlandırma mərasimindən sonra güləşçimiz fikirlərini allsport.az-a bölüşdü:

“Necə deyərlər, medal medaldır. Hər nəticədən dərs çıxarmaq lazımdır. 3-cü yer də pis deyil. Əlbəttə, fikirləşirdik ki, 1-ci yeri qazanaq. Təəssüflər olsun ki alınmadı.

Bir az bəxtsizlik oldu. Qrupum çətin gəldi. Ardıcıl 3 ağır görüşdən sonra yarımfinalda təcrübəli güləşçi ilə qarşılaşdım. Rəqibim isə istirahət edib gəlmişdi və enerjili idi. Bu da önəm kəsb etdi. Səhv etdim, sonra çata bilmədim. Səhvimin ücbatından oldu.

Çalışacağıq ki, olimpiadaya lisenziya turnirlərində bu səhvi etməyək. Çəkim olimpiadaya düşür. Çalışacam ki, lisenziya qazana bilim. Macarıstandakı lisenziya turnirlərində əsas hədəfimiz budur”.

Kamran Hacı, Roma

Həmin kateqoriyadan