İslam Abbasov: Türkiyə toplanışının böyük faydası oldu

Fransanın Nitsa şəhərində olimpiya çempionu Henri Deqlanın xatirəsinə keçirilən qran-pridə uğurlu çıxış edən yunan-Roma güləş millimiz 9 nəfərə 8 mükafat qazanıb. Komandamızın yeganə qızıl medalına İslam Abbasov (87 kq) sahib çıxıb. 25 yaşlı bahadır sevincini allsport.az saytı ilə bölüşüb:

“Bildiyiniz kimi, xeyli müddətdir pandemiya lazımi səviyyədə məşq keçməyə imkan vermir. Ötən ilin sonunda Belqradda şəxsi dünya kubokunda bir qədər hazırlıqsız idik. İndi komandamız yaxşı durumdadır. Toparlanırıq. Səfər öncəsi Türkiyədə 10-günlük təlim-məşqimiz oldu.

Yaxşı tərəf-müqabillərimiz vardı. Hamı özünü yaxşı hiss edirdi. Yaxınlarda Minskdə növbəti toplanış gözlənilir. Allahın köməkliyi ilə, bu hazırlıq da komandaya düşərli olar”.

Həmin kateqoriyadan