- Baxış sayı: 48
- 24 Sentyabr 2026 10:00
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0

Kişi voleybolçulardan ibarət millimiz Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsində 3-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız ukraynalı həmkarları ilə üz-üzə gəliblər və 0:3 uduzublar.
Millimiz ilk 2 matçda bu hesablarla Türkiyə və Almaniya yığmalarına yenilib. Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. 2-ci yerin sahibləri pley-offda qarşılaşacaqlar. Finallar İtaliya və Bolqarıstanda keçiriləcək.