- Baxış sayı: 90
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 90
- Sentyabr 24, 2026
- 0

Bakının Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb. Allsport.az saytı qafqazinfo.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında tanınmış sərbəst güləşçi Mahir Əmiraslanov da var.
Onun barəsində cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə işə başlanıb. İstintaq hərəkətləri davam etdirilir. Əmiraslanov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
O, Bakı-2017 İslam olimpiadası və Minsk-2019 Avropa oyunlarının qalibi, gənclər üzrə dünya çempionu və qitə çempionatının bürünc medalçısıdır.
